SAXTA HİSSLER
***
İndi her şey saxtalaşıb.
Mehebbetde virtualdı.
Güya sevgi püxteleşib.
Müasirdi çox realdı.
İndi diller danışmayır.
Barmaq evez etmiş onu.
Namus qeyret çox qısalıb.
Qısaldıqca qadın donu.
İndi qelbler taxtalaşıb.
Sevinc-keder düşmür üze.
Gülüşü de evez etdi.
İki nöqte bir möterize.
Smaylikler sayesinde.
Üzsüzleşib gencliyimiz.
Arsızlaşıb, sırtığlaşıb.
Gören hara gedirik biz?!
İndi qanlar laxtalaşıb.
Saf qanlar da var tebii.
İnsanlıq ölmeyib düzdü.
Amma oda kor-tebii.
Mektub sevinci görmedik.
İnbox bize yeter sandıq.
Sevdiyimiz kim bilmedik.
Onun üçün de aldandıq.
İndi hissler şaxtalaşıb.
Donub ürekde duyğular.
Heç tanımır bir-birini.
Yaxın qohumlar qonşular.
Nüsret, ağlamaq istesen.
Heç eziyyet verme göze.
Qoy bura bir qoşa nöqte.
Birde bağlı möterize.:(
müellif: Nüsret Hesen
(oğrulayan namusunu düşünsün. Oxuculardan üzr isteyirem)
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 179 Bölmə: Sevgi şerləri