Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həmin hisslər

Çox demişəm yazmayacam, amma ki nə fərq edər,
Qərq edər içi, bir də çətin ürək sevməyi tərgidər.
Hər gedənin arxasınca baxdı naif sevgim mənim,
Nifrət etdiyim şeyləri edirəm, düşüncəm gərgin mənim.
Mən dinmədim, ki ürəyimi yerindən çıxarıb aparanda,
Apar onda, sənin olsun, bəlkə əlində sevinc tapar onda.
Bezməsəm keçmişimdən, bəlkə sənə sevgimi söylərdim,
Şahidim göylərdi, görsə əksini göz göynərdi.
İçimdə kin bir gündə sovruldu, yoxsa bu da mı bir oyun?
Xoşu gəlir onun, bilməm, amma qurbanıdı bu sətir onun.
Bu şəxs gözlərində batmamaq üçün səndən gəmi istərdi,
Vaxt bitdi, ürəyi kimsə döyür, yenə həmin hisslərdi.
Qanı qara qaçıram hara gəldi, kandara belə buraxma,
Əfəlsən, o qız sənə baxarmı, sən xəyallar qur, axmaq!
Ağır keçmişimlə bilmirəm neyniyim,
İstəsin qoy, öz işi, bəlkə sevən ürəyə mən qətiyyən deymiyim?
Ağlımdan çıxmır heç mənim, ürəyimdən niyə çıxsın,
“İnanmasan, əlini sinəmə qoy, həmin ürəyə dəy” deyim.
Beynim tam talandı, həm sevgim tapdalandı,
Boğazıma sap dolandı sanki dörd səmtim dalandı.
Demişdilər, sevgi gözəl hissdir, yoxsa yalan mı?
Nəysə, belə boş şeylərə mən xərcləməyim zamanımı.

Ürəyimə qonaq olduqdan sonra damara qanım axmır,
Unutmaqda çətin iş sevdiyin insanı danmağ mı?
Hisslər hardasa içimdədi, bərk olsam nə yazar?
Sevənə bir qələm, kağız ver, sənə əfsanə yazar.
Gündüz onu seyretmə varsa, hər gecədə mərdimazar,
Fikirlər batağlığında qorxub necə də dərdim azar.
Bədənimdəki hər bir hüceyrə sənə meyl edir,
Bəlkə gözlərin gözümdən iraq gözlərimi seyr edir.
Xəyalımdaki sən indi mənlə həm də əl-ələ,
Beynimin içi zəlzələ, qorxu hissi, bir də vəlvələ.
İllər öncə əkilən hissin oyuq meyvəsi var,
Qulaqda ney səsi, ürəyin biraz soyuqdeyməsi var.
Mənimlə qalsan sən, mənə özgə həbib gərək olmaz,
Ürəyimə elə yara qoymusan, heç bir təbib kömək olmaz.
Topladım hisslərimi ən sonda tulladım ünvanına,
Laxtalanıb onsuz, bir də sən vurma düyün qanıma.
Darıxma bir gün gəlib bunların hamısını deyəcəm mən,
Ya da ki, son dəfə gözlərinə baxıb, sakit gedəcəm mən.


Tarix: 26.12.2014 / 13:07 Müəllif: Aziza Baxılıb: 242 Bölmə: Sevgi şerləri
loading...