Elə sevdim ki , səni
Mən elə sevdim ki , səni
Daşı sevsəm gül açardı.
Mən elə sevdim ki , səni
Lalı sevsəm dil açardı.
Mən elə sevdim ki , səni
Qumu sevsəm göyərərdi.
O qədər ki , səni sevdim
Kimi sevsəm
Yumşalardı,
Kövrələrdi .
Mən səni sevdiyim qədər
Buzu sevsəm əriyərdi.
Dağı sevsəm
Ayaq tutub yeriyərdi.
Mən səni sevdiyim qədər
Kor quyunu sevsə idim
sinəsindən
Zəm-zəm suyu saçılardı.
Mən səni sevdiyim qədər
Kar qayanı sevsə idim
Qulaqarı açılardı.
Mən elə sevdim ki , səni
Səndən başqa
hamı bunun fərqindəydi
sən də məni sevsə idin
mənim qədər
dərdim nəydi?!
Tarix: 26.12.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Sevgi şerləri
loading...