Məndən uzaqdasan, lap yanımdasan.
Sevginlə, məsafə itib yox olur.
Nə böyük lütüfdür, nə böyük uğur.
Səni sevib, dinə imana gəlmək.
Gecə ay otağa, nurunu salıb.
Sanki, qaranlıqdan qoruyur məni.
Baxıram otağa, düşən işığa.
Nurla sevgi gəlib, sevgi sənmisən?.
Pərdəni ehmalca, yellədən külək.
Mənə, şirin-şirin layla oxuyur.
O, həzin laylalar yuxuma gəlir.
Laylaya həzinlik verən sənmisən?
Bəzəkli xalıya, bənzəyir otlar.
Onu rəngləndirir, çiçəklər, güllər.
Ətraf necə gözəl, sevgi dünyası.
Sevgi dünyasını, quran sənmisən?
Arzular içində, itib batıram.
Hərdən, ümidlərlə yoldaş oluram.
Yoldaşım qoymur ki, arzum yox olsun.
Mənlə yoldaş olan ümid sənmisən?
Bülbül, çiçəyindən heç ayrılmadı.
Hətta, tikanlardan qorxub qaçmadı.
Bülbül sevgisilə, gülə bağlandı.
Bülbülün sevgisi, qəlbi sənmisən?
İl ərzində, bayramlar yolçular olar.
Böyük-kiçik hər kəs onları gözlər.
Bayram fürsətidir, heç küsülü qalmaz.
Bayrama birliyi , verən sənmisən?
Mömin, bəndələrin ümidi sınmaz.
Qəlblərin qapısı, sevgiyə açıq.
Könüllər bağının meyvəsi, dua.
Duanı çoxaldan bağban, sənmisən?
Ya düşünsəm, ya da, ətrafa baxsam.
Sən hər yerdə mərhəmətli Allahım.
Xoşbəxt o bəndə ki, səni çox sevir.
Sevir, sevdiyi üçün pislikdən qaçır.
Tarix: 26.12.2014 / 11:59 Müəllif: Aziza Baxılıb: 219 Bölmə: Sevgi şerləri