Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə Sən Unuda Bilmisən...

Bir ömrün yolunda qəfil görüşdük,
Tale yollarımız ayrı olsa da...
Üz-üzə dayandıq, göz-gözə gəldik.
Xatirə yükündən gözlər dolsa da.

O dalgın gözlərdə özümü gördüm
Sanki həyatımı sən vərəqlədın.
"Sevirəm" dediyin sözünü duydum,
Üzümə sən baxıb, sən gülümsədin.

İllər yaman ötüb, çox qocalmısan,
Bu sevgim ölməyib qocalmayıbdır.
Məgər bilmirsənmi sən sevdiyimi,
Gözlərim axtarıb, yorulmayıbdır.

Yenə üz-üzəyik xatirələrlə,
Gözümdən bir damla qəmli yaş axdı.
Boylandım səninlə ötən illərə,
Sanki bir nəgməli könül dil açdı.

Utanma, yaxın gəl, kefimi soruş,
Yoxsa həqiqəti tanıyammadın?
İllər acısını unut, gəl barış,
İllərin üstündən adlayammadın?

Üz -üzə dayandıq, göz-gözə durduq,
Taleyə, qismətə nələr yazılmış...
Nə eşqi unutduq, nə yuva qurduq
Niyə qismətimiz ayrı yazılmış?!......


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi şerləri
loading...