Elə bir yerdəyəm,hiss edirəm ki,
Qəlbində bir azcıq hüzn var sənin
İlk görüş yerində tək oturmuşam
Bütün bu yollarda izin var sənin
Gün çıxıb,amma ki sənsiz qaranlıq
Gözümdən film tək keçdin bir anlıq
Səni ilk görəndə bilirdim artıq
Kiçicik qəlbimdə gözün var sənin
Bütün bu yollarda izin var sənin
Xəstəyəm,loğman da dindirə bilmir
Eşq dedim, hissimi öldürə bilmir
Yağış da isladır söndürə bilmir
Qəlbimdə sönməyən közün var sənin
Bütün bu yollarda izin var sənin
Ayrılıq mənimçün olmadı asan
Bilmirəm neynirsən daha,hardasan
Yanımda deyilsən uzaqlardasan
Amma xəyalımda özün var sənin
Bütün bu yollarda izin var sənin.
Nə məni yaşatdın,nə də silmədin
Sənsiz nələr çəkdim heç vaxt bilmədin
Dedin ki gələcəm niyə gəlmədin
Axı mənə verilmiş sözün var sənin..?
Bütün bu yollarda izin var sənin...
müəllif: NİZAMİ FÜZULİOĞLU
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 256 Bölmə: Sevgi şerləri