Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Axi Getmişdin,niye Qayitdin ?

Zülmətə bürüyüb dəli ömrümü
Sən axı getmişdin,niyə qayıtdın?
Kədərlə açıram gələn günümü,
Sən axı getmişdin,niyə qayıtdın?

Saçıma ələndi sənsiz bu illər,
Həmişə çovğunlu oldu fəsillər,
Köksümə dağ cəkib acılı sözlər.
Sən axı getmişdin,niyə qayıtdın?

Baharım olmadı,güllər açmadı,
Sənsiz donub qalan dodaq qaçmadı.
Mən heç ölmədim ki,ruhum uçmadı.
Sən axı getmişdin,niyə qayıtdın?

Ömrümə həmişə payız küləyi
Əsdi,üşütmədi bu buz ürəyi.
Məndən üstün tutdun cıxıb getməyi.
Sən axı getmişdin,niyə qayıtdın?

Sanma ki,geriyə qayıtmaq asan,
Sanma o insanı bir də taparsan…
Çətin ki,bu qəlbə doğma olasan.
Sən axı getmişdin,niyə qayıtdın?

Mən sənə sənsizəm deyə bilmərəm!
Nə də ki,qəmsizəm,sənsiz demərəm1
Getmisən,gedəni daha sevmərəm!
Sən axı getmişdin,niyə qayıtdın?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 43 Bölmə: Sevgi şerləri
loading...