UnuT MeNi_
Dilim dinməz, kirpiklərim
səs elər,
Necə xoşdu - ürəyimi kəs
elə...
Qalan ömrə yarım ürək
bəs elər,
Unut məni, aldat məni, at
məni.
Enişi qar, yoxuşu qar bu
yolun,
Yad nəfəsdən buz qayası
su olu...
Yalan yolu beş addımlıq
su yolu,
Aldat məni, unut məni, at
məni.
Sən ömrünün atəşində
yananda,
Kölgəndən də
gərəksizdim yanında.
Qiymətli bir itik saxla
yadında,
Unut məni, aldat məni, at
məni.
Gözdən gözə körpü
salmaq nər işdi,
Baxışların meylini tez
dəyişdi.
Təzə addım özü təzə
döyüşdü,
Aldat məni, unut məni, at
məni.
Bu sevdadan nə yetirdik,
nə üzdük?!
Dalğasında nə qərq olduq,
nə üzdük.
Axır səni düzdə qoydu bu
düzlük...
Unut məni, aldat məni, at
məni.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi şerləri
loading...