Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yanmaram Daha...

Mən səni bir zaman sevən
könlümün
Sultani sanardım, sanmaram
daha.
Adını müqəddəs bir duyğu kimi
Sevgiyle anardım, anmaram
daha!

Sensiz qaldığıma yəqin ki, şadsan
Mən daha çox şadam, əhdinə
çatsan.
Hardan biləydim ki, sən mənə
yadsan
Eşqinlə yanardım, yanmaram
daha!

Sevən sevənləri pərvanə görür,
Sevda yanğısını divanə görür,
Qəlbini qəlbimə biganə görüb
Heyrətdən donardım, donmaram
daha!

Necə yadlaşmışam, necə bilmirəm
Qəlbimi həmişə yandırır bu qəm.
Ömür möhlət versə bir gül
dərərəm
Tikan budağına qonmaram daha!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi şerləri
loading...