Gedirsən deyə soruşma məndən... Göndərən Sənsən!
Nə tərk etməyi istədim səni... Nə də daha yaşamadığımız bu eşqi torpağa basdırmağı...
Bir toxunuşunla min şəhəri yıxacaq güc verərdin mənə...
Amma inandıra bilmədim səni... Bir tək sözün bağlayardı məni sənə...
Halbuki sən həmişə susmağın qoynunda idin...
Sevginin içinə bir dəfə girdimi şübhə, təslim alar bədənləridə...
Süddən çıxmış ax qaşıq deyildim, amma yalanı buraxmadım iki nəfərlik dünyamıza... O dünya ki, bəzən minicik bir otaqda, bəzən şəhərin ortasında şəkilləndi. Necə də gözəl idi... Onsuz da varsan deyə hər şey gözəl idi amma, Sən buna inanmadın...
Ehh bu suallar... Yaşamaq varkən sevgini dəlicəsinə, niyə boğarıq suallarla? Necə inandıra bilərdim səni? Mən, eşq dedikcə sən, dayan dedin. Mən, səninləyəm dedikcə, Sən, xeyr dedin. Onsuz da az danışan sən, mənfi nə qədər söz varsa, tapıb çıxardın ortaya. Mənsə heç bir şey deyə bilmədim...
Nə qədər zərər vermişəm sənə məyər. Necə dəyişdirmişəm səni. Halbuki heç belə düşünməmişdim. Kimsəyə zərər vermək istəmərəm mən. Kimsəni olduğundan fərqli bir hala gətirmək istəmərəm. Amma elə oldu. Demək ki; getmələrin zamanı indi...
Uşaqlığına sığınar sovuşdurarsan bu ağrını... Nə şirin qısqanclıqlarımız qalar ağılında, nə sevgi sözlərimiz... Rahat deyiləm deyirdin, rahat ol artıq... Gülüşlərini saxlamağın üçün bir səbəb qalmadı. Narahatlığının səbəbi də qalxdı ortadan...
Bilirsən sevdiyim! Gedişim ürəkdən deyil, məcburiyyətdəndi... Düşünmə ki, bu sevgimi başqa insanlara verərəm. Düşünmə ki, məndən saxladığın gülüşləri, yalançı üzlərdə axtararam. Səni də apararam ürəyimdə. Hər zaman yoxluğunu daşıyaram...
Tapıb, tapıb itirdim səni körpəm... Çox təəssüf ki, toz-duman edə bilmədim şübhələrini... Çox təəssüf ki, qala bilmədin mənə... Sevgimin qoxusu qalacaq qapının eşiyində. Qoxladıqca; bizi bir səhvə məhkum etdiyini anlayacaqsan...
Tarix: 04.12.2014 / 14:06 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Sevgi şerləri