Son görüş
Sevə bilmədim ayrılıqları 
Hələ bu son ayrılıqdan sonra 
Darmadagın olmuşam, 
Parçalanmış sovrulmuşam 
Hər bir tərəfə, 
Sanki edam sehbasındayım 
Boyuma keçirilmiş qalın bir ilmik 
Üreyim isə aglamaqta, 
Yaxşı göründügüme baxma sən 
Kişiliyə palçıq gəlməsin deyə 
İşdə ondan 
Başım və bədənim dimdik ayaqda. 
Sevə bilmədim ayrılıqları
Gözləmirdim gedişini ani bir qərarla, 
Avara, haradan geldigi müəyyən olmayan, 
Bir güllə deymiş,köksüme, 
Əlimi bağladım üzərinə, 
Cibimdə, 
Səndən qalma bir dəsmal 
Basdırdım möhkəmcə, 
Canım ağrıyır amma 
Aldırmıram 
Qan damlıyor barmaqlarımın arasından, 
Bir istilik var 
Həm içimdə həm əllərimdə, 
Gözlərin gəlir ağılıma, 
Bide o günahsız gülüşün, 
Yoxsa bu bir yuxumu? 
Bəlkə də bu səni son görüşüm.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Sevgi şerləri