Bir Başqa Günə Oyandım Bugün.
Pəncərəmin Pərdəsini Araladım
Yavaşca. İçimə Daxil Oldu
Yoxluğun…
Gözlərimə Doldu Sənin
Yoxluğun. Tez Pəncərəmi
Açdım.
Və Saçlarımı Oxşayan Küləklə
Sənin Haqqında Danışdım.
İçimi Sıxan Səssizliyə
Baxmayaraq Sənsizliyi Və Yenə
Səni Yaşadım…
Səni Düşündüm Saatlarla…
Gizləndim Ürəyimin Bir
Küncündə. Ürəyim Ağladı
Səssizcə… Səninçün Yaşayıram
Bu günü…
Diqqət Gözləyən Bir Uşaq Kimi
Gizləndim Gözyaşlarımın Hər Bir
Damlasında…
Aldatdım Özümü Sən Bitmədin
Mənimçün…
Yatmaq İstəmirəm Artıq…
Səni Bir Gündə Yaşamaq
İstəmirəm!
Bir Gedişə Sənin Adını Yazmaq
Məni Çox İncidir…
Sən Bir Dəfə Gedirsən Mən
Sənsizlikdə Hər Gün Ölürəm…
Ürəyimdən Uzaqlara Atdığın
Hər Addımda Yox Oluram.
Səni Tapsam Kaş Ki.. Yanımda
Olsan Heç Getməsən...
Anla Məni!!!
Gəlişinlə Həyat Tapan
Gözlərimə Gedişinə Baxmağı
Yaraşdırmıram...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi şerləri