Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Huzn...

İçimdə sənə söyləmək istədiyim minlərlə sözlə,

Aynadakı mənə bənzəməyən insana baxıb ağrıyıram...

Sənin xaricində minlərlə insanla eyni mühiti tənəffüs edirəm...

Olmayacaq insanlara adınla səslənirəm...

Bəzən heç layiq olmayan kəslərə,

Sənə söyləmək istədiyim gözəl sözləri sıralayıram...

İndi bir təsadüf olsa, çıxsan qarşıma..

Bilirəm içimdə sənə aid böyük bir sevdaya baxmayaraq,

Səssizcə çevirərəm başmı..

Saxta gülücüklər ataram ortaya...

Sən getdiyindən bəri etməyə alışdığım gülüşlər kimi...

Zaman keçdi, kimi yaralarım qabıq bağladı..

Kimiləri yalnız qaranlığa saxlandı...

Amma dəyişdi sevdanın rəngidə, gözləmələrdə...

İndi bir təsadüf olsa, çıxsan qarşıma..

Mən üzümü çevirməsəm, gözlərinə baxıb qalsam...

Qalarsanmı gözlərimdə..?

Gözlərinə qana bilərəmmi təkrardan..?

Nə pis deyilmi..

Cavabı özümə çox rahat verə bilməm...

Nə sən qal deyə bilərsən,

nə də mən sevgimə baxmayaraq dönə bilərəm...


Tarix: 03.12.2014 / 17:55 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Sevgi şerləri
loading...