Sil gözlərindəki nəmliyi
Mən ki, ürəyindən gedən deyiləm.
Yox et dilindəki şikayətləri,
Ürəyə hökmünü verən deyiləm.
Demirsən sevirəm, ürəyimdəsən?!
Onda gözlə, gələcəm bəlkə.
Bağılşla sevirəm mən özgəni,
Sevirəm ondakı gülüşlərimi,
Sevirəm yanımda oturuşunu
Bəzənsə sadəcə toxunuşunu.
Gözləri sevirəm, sevirəm onu.
Susdura bilmirəm arzularımı.
Hər gecə yuxuma gəlişini,
Susaraq izləyirəm gedişlərini.
Bir zaman demişdim sevirəm səni.
Axı xəyallarda sevirdim onu.
Kimə haqsızlıq etmişəm indi?!
Sənəmi, onamı, yoxsa bu dinməz ürəyiməmi?!
O xumar gözləri baxanda mənə,
Sanki ürəkdə alovlar yanır.
Söndürə bilmirən yanan atəşi,
Sığınıram qollarına,
Kömək et mənə.
Yox, yox aldatma sən bədənini
Mənə dolanan qollar onunku deyil.
Bağışla sevə bilmədim səni,
Unuda bilmədim o gözəlliyi.
Tarix: 25.11.2014 / 13:41 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Sevgi şerləri