Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha Sevgiyə Inanmıram Mən!

Dərdimi səninlə bölüşürəm mən
Bəzən öz-özümlə döyüşürəm mən
Yenə haqsızlıqla görüşürəm mən
Daha sevgiyə inanmıram mən!

Səni sevgimdə dünya sanmışam
Özümü itirib səni tapmışam
Sənin ilə sənsiz elə yanmışam
Daha sevgiyə inanmıram mən!

Hər an düşünürəm səni anıram
Eşqindən şam tək yanıram
Səsiz sənli günlərimi sanıram
Daha sevgiyə inanmıram mən!

Tənha ağac tək sənsiz qalmışam
Kövrəlmişəm xəyallara dalmışam
Ötən günlərimi yada salmışam
Daha sevgiyə inanmıram mən!

Sənə olan sevgimdən doymasamda
Kimsəni sənin yerinə qoymasamda
Ən böyük günahım belə olsanda
Daha sevgiyə inanmıram mən!

Cənnətə iki insan üçün gedirəm
Bir anamı, birdə səni sevirəm
Axırıncı sözlərimi deyirəm
Daha sevgiyə inanmıram men!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Sevgi şerləri
loading...