Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenə tək...

Qaranlıq gecə...Mən və yalnızlığım. Ulduzlar göz qırpır göy üzündən. Gecə kimi qaranlıqdı bu həyat.. Ulduzlarsa gerçəkləşməyən arzularımız, ümidlərimiz, xəyallarımızdı. Bu ulduzlar kimi safdı istəklərimiz. Şəhərin saxta işıqları gözəllik verir bu gecəyə. Amma bu işıqlar kimi saxtadı insanlar. Ürək danışır yenə. O söyləyir bu sözləri. Bu günümüz də gələcəyimizdə bizim əlimizdədi. Ən əsası onu idarə etməkdi. Səhər olsa da, günəş doğsa da heç bir şey dəyişmir. Həyat yenə də qaranlıqdı. Getmək...Bəlkə də tək çarə getməkdi...Heç arxaya baxmadan getmək. Unutmaq hər şeyi. Yeni bir həyata başlamaq. Yalnızlığımı da elə burada qoyub hər şeyi, hamını tərk etmək. Amma necə? əlimdən gəlmir. Tərk edə bilmirəm. Sadəcə boş xəyaldı, boş istəkdi bunlar. Birinin sənin dəyərini anlaması üçün tərkmi etməlisən onu? Sən onun yanındaykən niyə anlamır dəyərini? Yenə göz yaşları. Amma dəyməz ağlamağa...Dəyməz bu həyata. O təmiz göz yaşlarına. Ona görə də AĞLAMA!!! Həyat qəribədir. Başa düşmək olmur heç kimi, ətrafında olan hadisələri. Niyə? Niyə belədi həyat? Niyə heç kim başa düşmür məni? Boş xəyal imiş hamısı. Yaşadığım o xoş günlərsə qısa sürən yuxu. Amma tez oyandım bu yuxudan. Səbəbini belə bilmədən ağlayıram artıq. Gülmür üzüm. Səbəbini soruşurlar. Tək cavabım BİLMİRƏM.
Bezdim artıq tərk edilməkdən. Göz yaşı tökməkdən. Yoxdu artıq gücüm. Budur bu günlərdə son sözüm:
BEZDİM!!!


Tarix: 04.12.2014 / 14:03 Müəllif: Aziza Baxılıb: 142 Bölmə: Sevgi şerləri
loading...