SEVGİ...
Bu sevgi nə təhər sevgi,
Bu dərd necə dərddi, Allah.
Gedən yollara baxmaqdan
Daha gözüm dörddü, Allah !
Bir ürək yox sığınmağa
Bir qapı yox açım daha
Daş yamanıb ayrılığa
Üzü yaman bərkdi, Allah !
Ömür qəmə ortaq oldu
Bir yamanlıq çıraq oldu
Baxt bir ovuc torpaq oldu
Gözlərimi örtdü axır
Gözlərimi örtdü, Allah !
Tarix: 31.05.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 451 Bölmə: Sevgi şerləri
loading...