Ramiz Rövşən. Ümidim yox bir adama
Ü
midim yox bir adama,
Tanrı çatacaq dadıma,
Yenə salacaq yadına,
Yenə dindirəcək məni.
Mən əlinə düşən kimi,
Sevinəcək uşaq kimi,
Bir sınıq oyuncaq kimi
Bir də qondaracaq məni.
Saçlarıma dən salacaq,
Ürəyimə qəm salacaq.
Yenə əlindən salacaq,
Yenə sındıracaq məni...
Tarix: 28.05.2013 / 15:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Sevgi şerləri
loading...