Gel, meni dost kimi dindir, danıwdır.
Dost bilsin qıraqdan camaat bizi.
Men deyim: dostumdur, sen de: tanıwdır,
Hamıdan gizledek sevdiyimizi. Danıwaq, guluwek, gezek yan-yana
Onda adımıza söz de deyilmez.
Gizli görüwümüz cıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz? Yalandan bir oğlan şəkili gətir,
Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki ,dost deyilik biz? Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı "dost" bilsin bizi hər zaman,
Denən ki , heç mənim sevən yaşımdı... Bu yolla gizlədək gəl sevgimizi,
Camaat "dost" bilsin, anansa yoldaş...
Dostluğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş. "Dost"luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı...
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı...
~NuSReT KeSeMeNLi~
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 228 Bölmə: Sevgi şerləri