Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənsizliyə çatdın

Məni tənhalığa atdın
Bir an düşünmədin
Tələsdin...
Mənsizliyə çatdın
Sandın ki,özün üçün yeni dünya yaratdın
Mənə həyatımsan deyirdin...
Bilmək olar vəfasız....
Sən o,həyatı
Hansı tində,döngədə atdın...?
Bilirəm...
İndi,sənə acıdı həyat.
Axı sənə demişdim
Bir düşün...
Vəfasızdı ,hər kəsin mindiyi bu at
İndi olub,sənin dərdin mənim ürəyyimdə qat-qat
Kaş ki,olmayaydı belə
Heç olmasa dillərdim ki!
Sən muradına cat
İndi səndə, vəfasızlıq nədi bilirsən
Bir zaman mənə uzanmayan əllərinlə
İndi sən,gözyaşlarını silirsən
Eşidirəm ,sorağını
Hər fürsətdə dönə-dönə deyirsən
Mən bunu özüm etdim
Məni sevən bir ürəyi
Yarı yolda qoyub getdim
Mən demişdim,demək istəməzdim
Vəfasız olsanda, sənə nifrət bəsləməzdim
Dedim: məndən belə,uzaq durma
Axı səni çox sevirəm!!!
Məni zəif yerimdən vurma
Xəyalən olsa belə
Bir başqası ilə həyat qurma
Məni dərdə salarsan
Mənim kimi ,səni sevən olmaz
Yaxşı düşün ,
Yarı yolda qalarsan
Gələr elə bir zaman ,an
Sorağımı sən başqasından alarsan
Dediyim kimi də oldu
Sənində güllərin acılmamış soldu
Bax ,indi səndə vədəsiz deyirsən
Artıq bəsdi,bu həyat məni yordu
Bunu necə etdim mən...!?
Mən sevən bir ürəyi
Nə uğruna tərk etdim mən
Bunu deyər,yalnız dilin
Keçər zaman ayın,ilin
Xatırlayırsanmı?
Hər fürsətdə deyərdin mənə ,gülüm
Bilirsənmi?
Getdiyin gün,mənə yalnız lazım idi ölüm!
Söylə axı ,indi sənə
Axı söylə ,necə dönüm...?
Bunun üçün mən
Həyata yenidən doğmalıyam
Ya, xəyanəti unudub
Sənsizliyi boğmalıyam!
Bunun üçün artıq gecdi
Mənim yox
Amma sənin sevgin
Artıq bir hecdi
Bunu sən bilə-bilə etdin
Necə ki,sən səssizcə çıxıb getdin
İndi o, səssizliyyinə bürün
Mən yox!
Həyat sənə deyir ki,
Mənsizlikdə sürün.
Bilirsənmi ,indi sən?
Sevən ürəyin yoxdu tayı
Hər kəsin var bu həyatda qismət payı
Günəş yoxsa bil ki,
Nuru yoxdu ayın!!!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Sevgi şerləri
loading...