Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bes Deyilmi - Xeyal Rza

Gör bir nələr bağışladım yollarında dənə-dənə,
Sübut etdim sevdiyimi yorulmadan, dönə-dönə,
Elə sən də yorulmadın, əzab verdin yenə, yenə,
Bu binəva, bu biçarə sənə doğma kəs deyilmi?
De, nə qədər dözməliyəm, bu qədəri bəs deyilmi?!

Hər addımda hiss edirəm, duyuram ki, sənim yetmir,
Inadını sındırmağa bu imanım, dinim yetmir,
Çığırıram, bağırıram, səsim çatmır, ünüm yetmir,
Uzaqlardan gələn bu səs sənə tanış səs deyilmi?
De, nə qədər dözməliyəm, bu qədəri bəs deyilmi?!

Hər nə oldu, dildən oldu, bəla oldu dil başıma,
Sənə qədər, səndən sonra çox şey gəldi, bil, başıma,
Dizimə çox döyəcəyəm, hey deyəcəm kül başıma,
Bu olanlar, yaşananlar axı mənə dərs deyilmi?
De, nə qədər dözməliyəm, bu qədəri bəs deyilmi?! -


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi şerləri
loading...