Anan olub gecələri oyaq qalan,
Sən yatmayıb ağlayanda laylay çalan.
Ağac kimi pöhrəsinə kölgə salan...
Gözləməyin anaların ölümünü!
Büdrəyəndə, yıxılanda dayaq olub,
Sevincinə, kədərinə ortaq olub.
Deməyin ki, çox qocalıb, artıq olub!
Gözləməyin anaların ölümünü!
Onun da öz taleyi, öz bəxti vardı...
Ev-eşiyi, qurulu bir taxtı vardı...
Saçlarının şəvə kimi vaxtı vardı...
Gözləməyin anaların ölümünü!
Elə sanır – oğul onun dirəyidir.
Varı-yoxu - səni sevən ürəyidir.
Ana hər vaxt, hər bir kəsin gərəyidir,
Gözləməyin anaların ölümünü!
Övladına açar isti qucağını,
Qurban edər öz odunu, ocağını.
Çox görməyin evinizin bucağını!
Gözləməyin anaların ölümünü!
Oğul atmaz heç bir zaman anasını!
Süd itirən çəkəcəkdir cəzasını!
Vaxt gələndə dəyişəcək dünyasını,
Gözləməyin anaların ölümünü!
Müellif: Afaq Şixli
P.s Allah ANALARİMİZA can sağliği versin. Amin!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi şerləri