Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Desəm Görüşərik, Sən, Demə - "bəlkə" Cavab Ver:

Sənindir bu dövran, bu böyük ölkə
Qəm mizrabı vurma telə, sevgilim,
Desəm görüşərik, sən, demə - "bəlkə"
Cavab ver: - Elədir, elə Sevgilim !..

Gecələr aya bax, ulduzlara bax,
Gözlərimiz orda birləşəcəkdir
Könül aynasında, a ceyransayaq
Eşqin qələmiylə şəklimi şəkdir

Xatırında varmı tez-tez küsüşüb,
Deyərdim : - Danışma, dindirmə məni !
İndi ədaların yadına düşüb,
Yandırırmı səni ? Yaxırmı səni ?

Hər an saçlarını darayan zaman,
Həsrət gözlərinə baxıb aynada
Bil ki, səni sevən, sənə inanan
Könül ilqarını pozmaz dünyada

Bəlkə bir gün səndən üzüldü əlim,
"Xoş keçdi az sürən bir ömrümüz" - de !
Ayrılıq dəmində, aman, gözəlim,
Qoy yadımda qalsın, bir yaxşı söz de !

Mənsiz bu dünyanın olsan qonağı,
Nə olar, sevgilim, sağ ol təki sən
Kim görsə boyasız solğun dodağı
Onsuz da biləcək, sən MƏNİMKİSƏN


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Sevgi şerləri
loading...