Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Dünya mənə tanış gəlir

G
edirəm, izim böyüyür,
Susuram, sözüm böyüyür,
Baxıram, gözüm böyüyür,
Dünya mənə tanış gəlir.

Bunun dağı-daşı tanış,
Bunun yayı-qışı tanış,
Gözlərimin yaşı tanış,
Dünya mənə tanış gəlir.

Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi -
Dünya mənə tanış gəlir.


Tarix: 28.05.2013 / 15:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Sevgi şerləri
loading...