Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meqapolis Hüznleri

Səhər sənsiz açılır,
Gecə olur, bilirsən?
Sənsizliyə dözməmək,
Necə olur, bilirsən?

Bilirsən necə olur,
Özünü inandırmaq?
Bir siqaret sönməmiş,
Başqasını yandırmaq...

Bilirsənmi təqvimdə,
Sabahkı gün saralır?
Sənsiz havalar belə,
Başqa cürə qaralır.

Başqa cür əsir külək,
Başqa cür yağır yağış.
Amma eyni zibildi,
Bu araq - başıbatmış...

Görən neynirsən indi,
Papaqmı toxuyursan?
Yeməkmi bişirirsən,
Kitabmı oxuyursan?

Gözlərini qapayıb,
Arzularmı tutursan?
Bilmirəm, düşünürsən,
Yoxsa ki, unudursan?...

Qismet Rüstemov


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Sevgi şerləri
loading...