Son Diləyim....
Sevgilim sənsizəm sənsizliyim də,
Əllərin deyildir, boş əllərimdə,
İstərəm dönəsən günün birində,
Həyata keçmədi son diləyimdə...
Sevərdin ürəkdən kaş ki, sən məni,
Səbəbsiz sevirəm bil ki, mən səni,
Dilərdim birlikdə keçək günləri,
Həyata keçmədi son diləyimdə...
Olacaqdin mənim sevgi mələyim,
Yetəcəkdi yerinə bu son diləyim,
Ürəyim istəyir bir söz söyləyim,
Səninlə ölməkdir, bil son diləyim..
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Sevgi şerləri
loading...