Gel Qovushag___
Nəğmə dedik yol uzunu, yol
boyu,
Dərə keçdik, çiçək dərdik qol-
boyun,
Necə qıyım, namərdliyə qol
qoyum,
Qaçıb səni bu düzlərə atım
mən.
Qənim olar torpaq mənə, çay
mənə,
Qismətimsən, tale verib pay
mənə,
Dönük çıxsam kim inanar day
mənə,
Onda gərək əbədilik batım
mən.
Bu sevdanı ötüb keçən san
madım,
Olanımı, qalanımı danmadım.
Hər deyilən şirin sözə yanma
dım,
Nəfəsimi gəl səninlə qatım
mən.
Bir dilim var, bir ürəyim, bir
sözüm,
Yoxdur səndən gizli sözüm,
sirr sözüm,
Bir gözüm mən, sən də oldun
bir gözüm.
Bir qəlbim var, neçəsinə sa
tım mən.
Sevdasız qəlb – toz bürümüş
boş beşik,
Gəl, eşqinlə işıqlansın ev-eşik,
Qoz ağacı tez böyüyür biti
şik.
Gəl qovuşaq, muradıma çatım
mən.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Sevgi şerləri
loading...