Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Qara-qara qarışqalar

Q
ara-qara qarışqalar
Kəpənəyi neylədiniz
Toplasdınız top oldunuz
Qanad qanad qopardınız
Daşıdınız apardınız
Kəpənəyi neylədiniz?

…Ayrıldı gün işığından
Sıyrıldı göy qurşağından
Qulağım batdı tutuldu
Güllərin qışqırığından
Kəpənəyi neylədiniz?

Dərdi düşər ağızlara
Haraylar çağırar sizi
Nə yedirər doyuzdurar
Nə qışdan cıxarar sizi
Kəpənəyi neylədiniz ?


Tarix: 28.05.2013 / 15:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Sevgi şerləri
loading...