Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəriman Həsənzadənin sevgi şeirləri

Tək çəkə bilmirəm can əzabını,
sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda,sən aç qapını,
bəxtimə çıxıbsan, qarşıma sən çıx!


Qayıt adamları təzədən tanıt,
səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın"
bir də təkrar elə bu həqiqəti..

İlhamım,qələmim danışan deyil,
qayıt,öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir,
ancaq elə bil,
özgənin evinə gedirəm sənsiz...

Gülüm...
Mən səni bilmədim,bənzətdim Aya,
nə sənə əl çatır,nə ona ,gülüm.
Ayağın düşəcək hansı qapıya,
taleyin de,hansı ünvana,gülüm.


Biz qəmə şərikik,sevincə şərik.
Biz hey düşünürük,fikirləşirik.
Biz nə ayrılırıq,nə birləşirik,
Ünümüz çatmayır bir yana,gülüm..


Kimin eyhamını sən duyacaqsan,
Kimin şərəfini qoruyacaqsan,
Kimin yastığına baş qoyacaqsan,
Kim ata olacaq,sən ana, gülüm...?Qaldı ürəyində əbədi bir xal,
neyləyim xəbisin dünyası dardı.
Ağırdı gözündə gördüyüm sual,
Dilinlə desəydin yüngül olardı...Sevənləri Allah ayırmasın....Amin.....!


Tarix: 28.11.2012 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2197 Bölmə: Sevgi şerləri
loading...