Elə Bir Həsrətlə Dönəcəm Sənə
Elə bir həsrətlə dönəcəm sənə,
Sən özün özündən bezdiyin
zaman.
Mənim gəlişimə, mən dönən günə,
Sən ümidlərini üzdüyün zaman.
Elə bir həsrətlə dönəcəm sənə,
Bir yaz yağışı da yağacaq o gün.
Deyəcəksən bu gün nə olub mənə,
Gözün yollarıma baxacaq o gün.
Elə bir həsrətlə dönəcəm sənə,
Yüz ilin,min ilin aşiqləritək.
Bitirib özünü intihar edən,
Məşhur yazıçının bir əsəritək.
Elə bir həsrətlə dönəcəm sənə,
Üstümdə qürbətin səhər qoxusu.
Sənin üstündəsə şəhərdə dönən,
Gizli oyunlarin şəhər qoxusu.
Elə bir həsrətlə dönəcəm sənə,
O günü yadında saxlayacaqsan,
Elə bir həsrətlə dönəcəm sənə,
Məni görən kimi ağlayacaqsan.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Sevgi şerləri
loading...