Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Kovsər (Kövsər) surəsi

.108.
əl-Kovsər (Kövsər) surəsi1
(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!
2.Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
3.(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur2! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adın çəkildikdə sənə həmişə salavat deyiləcəkdir!)


Tarix: 21.11.2012 / 15:03 Müəllif: [Ram] Baxılıb: 431 Bölmə: Qurani Kerim
loading...