.97.
əl-Qədr (Qədr gecəsi) surəsi
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Həqiqətən, Biz onu (Quranı)2 Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!
2.(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
3.Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir3! (O, rəvayətə görə, ramazan ayının on yeddisinə, on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
4.O gecə mələklər və ruh (Cəbrail4) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5.O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
Tarix: 21.11.2012 / 15:07 Müəllif: [Ram] Baxılıb: 541 Bölmə: Qurani Kerim