Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Fələq (Sübh) surəsi

.113.
əl-Fələq (Sübh) surəsi1
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
2.Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
3.Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
4.(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
5.Və bir də paxıllığı tutanda paxılın şərindən!”


Tarix: 21.11.2012 / 14:59 Müəllif: [Ram] Baxılıb: 393 Bölmə: Qurani Kerim
loading...