Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədə xəstəlikləri

Mədə xəstəlikləri
Qastroezofageal reflüks xəstəliyi (GÖRX), mədə möhtəviyyatının normadan kənar ezofaqusa doğru çıxması nəticəsində əmələ gələn reflüks ezofagit və həzm problemlərinə səbəb olan bir xəstəlikdir. Əvvəllər sadəcə hiatus hernilerinin (mədə yırtığı) buna səbəb olduğu hesab olunurdu, halbuki ən tez-tez rast gəlinən səbəbi ezofaqusun (yemək borusu) aşağısında olan və mədədəkı turşuluq və qidaların ezofaqusa keçməsinin qarşısını alan aşağı ezofaqus sfinktorunun çatışmazlığıdır. GÖRX əhalinin təxminən 10-15 %-də rast gəlinir.



Klinik əlamətləri
GÖRX-in əlamətləri mədədəki turşuluq və qidaların ezofaqusa reflüksu nəticəsində yaranan zədələnmələrin dərəcəsindən asılıdır. GÖRX mədə yırtığı olan xəstələrin 60-70%-də rast gəlinir. Bəzən sağlam şəxslərdə də reflüks olur. Lakin onlarda selikli qişa zədələnmədiyi üçün heç bir klinik əlamətə rast gəlinmir. Bu fizioloji reflüks əsasən çox miqdarda yeyilən yeməkdən sonra, ədviyyatlı, yağlı yeməklər, şokalad yedikdə, kofe spirtli içki, siqaret (nikotin) qəbul etdikdə yemək borusunun aşağısındakı sfinktoru boşaldaraq mədədən qida borusuna keçici reflüksa səbəb olur. Bu zaman sinə arxasında yanma, qidanın boğaza qədər gəlməsi kimi şikayətlər olur. Bu şikayətlər keçici olur. Sinə ağrısından şikayətlənərək ürək həkiminə gedən xəstələrin müayinələrində ürəklə əlaqədar patologiya tapılmayanların yarısında qastroezofageal reflüks xəstəliyi tapılır.



Heartburn.
(pirosiz-sinə ağrısı və ya yanması)
Ezofaqusa reflüks nəticəsində əmələ gələn ezofagit buna səbəb olur. Ezofagit müxtəlif dərəcələrdə ola bilər.
Qida borusu divarında qızartı, ödem, xora, darlıq ola bilər. Əsasən retrosternal (döş sümüyünün arxasında) yanma və ağrı şəklində olur. (Kürəyə və boyuna doğru yayıla bilər). Yeməkdən sonra arxası üstə yatdıqda, önə doğru əyildikdə, yerdən bir şey götürdükdə və ayyaqqabı bağlayarkən yanma artar. Bir az antasid dərmanlar içdikdə şikayətlər keçər (yox olar). Mədədən qida borusuna reflüks arxası üstə və sağ böyrü üstə uzandıqda daha çox olur.



Requrqitasiya
(qidaların mədədən boğaza gəlməsi)
Bulantı və eforsuz qidaların boğaza qədər gəlməsi ilə olur. Önə əyildikdə və yatdıqda
daha da artır. Dik vəziyyətdə (şaquli) durduqda şikayətlər keçir.
Gəyirmə: GÖRX tez-tez rast gəlinir.
Həzm problemləri: GÖRX olan xəstələrin təxminən 10-20 %-də həzm sistemi ilə
əlaqədar şikayətlər ilk əlamətlər ola bilər. Mədə turşuluğu və möhtəviyyatının
larinksə (qırtlağa) doğru qalxması nəticəsində bronxial astma, atelektaziya, aspirasion
pnevmaniya, səs zəifliyi, laringit , xronik hıçqırıq, öskürək və səs tellərində polip kimi
xəstəliklərə səbəb ola bilər və bu xəstəliklər GÖRX-nin ilk əlaməti ola bilər.



Fəsadları
Ezofaqusun aşağında xora, qanama olur. Xoraların sağalması ilə darlıqlar əmələ gəlir. Bununla əlaqədar disfagiya deyilən udma çətinliyi (qidaların yemək borusuna ilişməsi) ola bilər.



Diaqnoz
Gastroezofagial reflüksa diaqnoz qoymaq üçün gastroskopiya çəkilir. Bu üsulla qida borusundakı darlıqların, əsasən də mədə yırtığının diaqnozunu qoymaq mümkündür. Kiçik yırtıqları hər zaman görmək olmur.
Ezofaqoqastroskopiya.
Ezofaqoqastroskopiya (endoskop deyilən işıqlı və monitorlu bir cihazdır. Ağızdan girərək yemək borusu və mədənin daxili divarının görünməsini təmin edir) ilə qida borusundan biopsiya götürmək olar. Həm də mədə yırtığı, qastriti və xorası diaqnozu qoyula bilər.



Müalicə və məsləhətlər
• Başın yataqda hündürdən qoyulması (yastıq istifadə etmə).

• Yatmazdan 2-3 saat əvvəl maye və qatı qidaların qəbulunu dayandırmaq.

• Axşamlar az və yüngül qidalar yemə.

• Arıqlama.

• Qarnı sıxan paltar və kəmər istifadə etməmək.

• Spirtli içki və siqaretdən istifadə etməmək.

• Gecələr sol böyrü üstü yatmaq.

• Qida borusunun (ezofaqusun) aşağı sfinktorunu boşaldan, antixolinergik dərmanlardan istifadə etməmək.

• Qida borusunun aşağı sfinktorunu boşaldan şokalad, kofe, sarımsaq, soğan, portakal, pomidor, çox yağlı, ədviyyatlı, qizardılmış qidalar və içkilərdən uzaq olmaq.



Dərmanla müalicə
Mədədə turşuluq çox olduqda antasid qidalardan istifadə etdikdə müvəqqəti olaraq rahatlaşma olur (şikayətlər azalır və ya yox olur). Bu dərmanlar reflüks şikayəti olan xəstələrdə həftədə bir neçə dəfə istifadə edildikdə effektli olur. Gündə bir neçə dəfə reflüks şikayətləri olan qastroezofageal reflüks xəstəliyi olanlara H2 eseptoru antogonisti və ya mədədə turşuluq yaradan hüceyrələrdə turşuluq əmələ gəlməsinin qarşısını alan proton pompası ingibitoru dərmanları istifadə olunur. Proton pompası ingibitoru olan dərmanlar əsasən 8-12 həftə istifadə olunur.



Cərrahi müaiicə
Qastroezofageal reflüks xəstəliyi və ya reflüksü olan xəstələr dərmanları vaxtlı-vaxtında istifadə etməlidirlər. Lakin bunlara baxmayaraq bu şikayətlər təkrarlana bilər. Belə hallarda mədədən yemək borusuna turşu reflüksunu önləyən və yırtığın əmələ gəlməsinin qarşısını alan əməliyyatlar aparılır.
Hansı xəstələrə əməliyyat lazımdır?

• Dərmanla müalicəyə baxmayaraq reflüks şikayəti davam edən xəstələr.

• Requrqitasiyası (mədədən ağıza qida gəlməsi) davam edən xəstələr.

• Ezofaqusda xora və qanama kimi şikayəflər olanda.

• Böyük mədə yıtığı olanlarda.


Tarix: 21.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 1223 Bölmə: Qastroenterologiya
loading...