Mütəxəssis Dr. Həsən Taşçı, çoxlu çəki itkisi ilə əlaqədar yaranan qarın ağrısı, ürək bulanması, qusma və sarılıq kimi narahatlıqlara diqqətli olmaqdan danışıb.
Daha çox qarın ağrısının əlamətlərinə fikir verməyin vacib olduğunu qeyd edib. Şiddətli qarın ağrısının simptomlarına qəfləti və ya yayılan qarın ağrıları, peritonal əlamətlər, bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma), qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi, tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi), defekasiya (nəcisin ifrazı) aktının olmaması, ümumi vəziyyətin pozulması aiddir.
Səbəbsiz qarın ağrıları, həzm sistemi pozuqluqları, qusma, zəifləmə, kürək ağrıları kimi vəziyyətlərdə mədəaltı vəzi (pankreasda) pozuqluqları da yaradır.
Bu səbəbdən pankreasla əlaqədar hər cür narahatlıqda mütləq həkimə müraciət etmək lazımdır. Çünki, erkən diaqnoz yaranan xəstəliyin tez müalicəsinə geniş imkan yaradır. Pankreasın inkişafında genetik faktorlardan əlavə spirt, siqaret istifadəsi, yağlı yeməklər və ekoloji faktorlar da təsir edir.
Tarix: 21.01.2015 / 10:58 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Qastroenterologiya