Günümüzdə reflüks xəstəlyi haqda bir çox internet mənbələrində müxtəlif cür məlumatlar var. Reflüks mədə narahatlıqları kimi bilinən və ictimai həyata təsir edən ən pis narahatlıqlardan biri hesab olunur. Bu xəstəliyin əmələ gəlməsinə səbəb olan qidaları və sonra reflüksa qarşı sizi qoruyan qidalar haqqında məlumatlara baxaq.
Yağlı qidaların həzm baxımından mədəyə çətinlik yaratdığı və bu səbəblə mədədə çoxlu turşu ifraz olunduğu və reflüksun meydana gəlməsinə şərait yaratdığı bildirilir. Bu səbəblə duzlu konservləri, qızartmaları və qoruyucu maddəli yeməkləri istifadə etmək məsləhət görülmür. Məlumatda pomidor tərəvəzinin tərkibində olan "likopen" sayəsində son dərəcə faydalı olduğu, lakin reflüks problemi olanların ağrılarını ön plana çəkdiyi bildirilir. Çünki içərisində turşu miqdarı çoxdur. Yəni pomidorun tərkibində olan tamat, ketçup, pomidor şorbası kimi qidalardan da uzaq durmaq məsləhət bilinir.
Sarımsaq və soğanın bəzi ekspertlərə görə hər insanda eyni təsiri olmur. Reflükslu olan insanlarda mədə turşularına səbəb olduğu, çiy istifadənin isə zərərli olduğu bildirilir. Reflüksun şiddətlənməsinə səbəb olan acı ədviyyatlardan yeməklərinizdə az istifadə etməlisiniz.
Nanəli saqqız, nanəli çay, təzə nanə və nanəli şəkərdən istifadə bu xəstəliyə düçar olmuş şəxslər üçün məsləhət görülmür.
Reflüksa yaxşı təsir edən qidalara bitki mənşəli zülalların aid olduğu, bunun sayəsində isə əzələnin boşaldığı, turşunun yemək borusuna zərər vermədiyi bildirilir.
Bu zülallı qidaları paxladan, mərciməkdən almaq olar. Xüsusilə də qara paxladan.
Lifli qidaların mədə ifrazatına mane olduğu və bu səbəblə də reflüks riskini azaltdığı bildirilir.
Buna görə banan, alma, şaftalı, armud, qovun, çiyələk, düyü, yulaf əzməsi kimi lifli məzmunlu qidaların istifadəsi məsləhətdir.
Lakin pomidor, portağal, qreyfrut, naringi kimi lifli qidalar da reflüksun meydana gəlməsinə səbəb ola bilər.
Tərəvəzlərdən xüsusilə kələm kimi qidaların reflüksun müalicəsində sürətli nəticə əldə etməyə imkan verdiyi bildirilir.
Pomidor xaricində bütün tərəvəzlərdən istifadə edə bilərsiniz. Lakin souslu yeməklərə diqqət tələb olunur.
Tərəvəzləri sousda bişirəcəksinizsə yağ istifadəsinə də fikir vermək lazımdır.
Tarix: 21.01.2015 / 11:00 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Qastroenterologiya