Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Probiotiklər ishalı önləyir

Məlumata görə səyahətçilərin, müəyyən qidaları requlyar qəbul edənlərin, immunodefisitli insanların, gündəlik tibbi xidmət iştirakçılarının daha çox ishal riski ilə qarşılaşa bilməsi deyilir.
Lakin günümüzdə ishalı önləmənin yollarının çox olduğu məlumdur. Həmin yollara yeməkdən əvvəl və tualetdən döndükdən sonra əlləri yumaq, çirkli əşyaları uşaqların ağzına aparmasının qarşısını almaq, spirt əsaslı əl gellərindən tez-tez istifadə etmək, tam bişirilməmiş ət yeməmək, antibiotik qəbulu və s. aid edilir.
Antibiotikdən istifadə edən xəstələrin eyni dövrdə probiotik qəbul etmələrinin faydalı olacağı bildirilir. Məlumata görə antibiotiklərdən gözlənilən effektiv təsir yetərli olmadıqda probiotiklər kömək edir.
Mütəxəssislərə görə, probiotik, mədə və bağırsaqlardakı bakteriya miqdarını nizamlayaraq xəstənin ishal olmasına maneə törədir.


Tarix: 21.01.2015 / 11:00 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Qastroenterologiya
loading...