Həkimlər, köklük və şişmanlğın mədə reflüksuna səbəb ola biləcəyini bildiriblər. Onların verdiyi şərhdən aydın olur ki, mədədə olan reflüks xəstəliyinin cəmiyyətdəki sıxlığı təyin edilmədiyinə görə həftədə 1 dəfə reflüks problemi yaşayan insanlar üzərindən müşahidə apardıqda cəmiyyətin təxminən 20%-nin nəzərə çarpan bir sağlamlıq problemi olduğu üzə çıxır. Avropada görülmə sıxlığının isə 5-20% arasında dəyişdiyini ifadə ediblər.
Reflüksun meydana gəlməsində, kişi və qadın arasında diqqətə çarpan bir fərq olmadığını, ədviyyatlı, yağlı qidalar, şokolad, spirt və ya təzə sıxılmış meyvə suları qəbul etdikdə bu xəstəliyə görə müraciət edənlərin sayının diqqətə çarpan dərəcədə çox olmasını söyləyən həkim dos. Həkim dos. Mehmet Dursun, mədədən boğaza doğru yayılan və daha çox yeməkdən sonra yaranan yanma reflüksunun ən tez görülən əlamət olduğunu, mədədə olanların ağıza gəlməsi, udma çətinliyi ilə müşahidə olunan digər vacib əlamətlərini qeyd etmişdir.
Ağrılı udqunma, gəyirti, hıçqırıq, ürək bulanma və qusmanın nadir hallarda ortaya çıxdığını, reflüksun yemək borusu, mədə və bağırsaq sistemi xaricindəki sistemlərdə də müxtəlif əlamətlərlə müşahidə olunduğunu bildirmişdir. Bütün bunları şərh edən həkim dos. Həkim dos. Dursun, sinə ağrısının, asmaya bənzər baş verən halların, boğaz ağrısının, səs batıqlığının, xroniki öskürəyin və diş çürüklərinin bu xəstəliyə səbəb olduğuna diqqət çəkmişdir.
Endoskopik tədqiqatla və 24 saat müddətində yemək borusuna gələn mədə turşusunun bir cihazın köməyi ilə qiymətləndirilməsini və reflüks olub olmadığını qeyd edən Dursun bəy reflüksla bağlı olaraq qanama, xora, yemək borusunda dəlinmə və ya darlığın inkişafının da vacib məsələ olduğuna diqqət çəkmişdir. Həkim dos. Mehmet Dursun, bəzi xəstələrin təzə sıxılmış meyvə sularından, ədviyyatlı yeməklərdən, tamatlı məhsullardan, qəhvə, çay və qazlı içkilərdən narahat olduğunu bildirərək, açıqlamasında bunlara yer vermişdir:
"Bu xəstələrin, özünə narahatlıq verən qidaları çox az qəbul etməsi ya da bunlardan uzaq dayanması tövsiyyə edilir. Köklük də reflüksa səbəb ola bilər. Həyat stilində dəyişiklik etmək hər reflüks xəstəsinə təklif olunur. Möhkəm və dar paltarlardan qaçınılması, kilonun balanslaşdırılmasının təmin edilməsi, yeməkdən dərhal sonra və 3 saat içində yatmamaq. Dieta dəyişikliyində olmaq, boşqab həcmləri azaldılmalı, yağlı yeməklərdən az istifadə edilməli, şokolad yemək azaldılmalıdır. Reflüksun müalicəsində ən çox turşu zəiflədici dərmanlar və toxuma qoruyucularından istifadədir. Endoskopik müalicələrdə müvəffəqiyyət hələ arzulanan səviyyədə deyil.
Cərrahı müalicə əhəmiyyət verilən bir variantdır və müvəffəqiyyət nisbəti yüksəkdir.
Tarix: 21.01.2015 / 11:01 Müəllif: Aziza Baxılıb: 364 Bölmə: Qastroenterologiya