Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hərəkətli həyat tərzi olan insanlarda bağırsaq xərçənginin əmələ gəlmə ehtimalı daha azdır

Vaşinqton Universitetinin Tibb Fakültəsi mütəxəssisləri, idman və böyük poliplər arasındakı əlaqəni araşdıran 20 təcrübənin nəticələrini qarşılaşdırıblar.

İngilis Xərçəng Jurnalında yayımlanan tədqiqatda az hərəkət etməklə polip arasındakı əlaqə haqqında ən dəqiq nəticələrin əldə edildiyi bildirilir.

Buna görə, mütəmadi olaraq idman eləyən insanlarda, idman etməyənlərlə müqayisədə, polipə 16% daha az rast gəlinib. Böyük ya da irəliləmiş polip növlərində bu nisbət 30%-dir.

Adenom olaraq da bilinən poliplər və bağırsaqlarda əlavə olaraq əmələ gələn çıxıntılar, xərcəng deyil amma zaman keçdikcə xərcəngə cevrilə bilərlər.

İngiltərənin Xərcəng Tədqiqat Dərnəyinin məlumatına görə, bağırsaq xərcənglərinin çoxunun əmələ gəlmə səbəbi poliplərdir. İngiltərədə hər 4 nəfərdən birində 50 yaşına qədər bir ya da daha cox polip olur.

Tədqiqatı aparan mütəxəssislərdən biri olan Prof. Kathleen Wolin, idmanla xərcəngə yoluxma ehtimalının azalmasının əlaqəli olduğunu ama bunun səbəbini hələ də bilmədiklərini deyib.


Tarix: 21.01.2015 / 11:03 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Qastroenterologiya
loading...