Bir zamanlar gözəllik ünsürü sayılan iri sinələr indi qadınların qorxulu kabusuna çevrilib.
Almaniyanın Reqensburq Universitetində aparılan araşdırma ilə böyük sinəli qadınların orta ölçülü sinəsi olan qadınları daha cazibədar hesab etdikləri və özlərini bəyənmədikləri ortaya çıxıb.
İri sinəli qadınların geyim problemləri olur. Büstqalter tapmaq çətin olur, həm də yaxşı, sallanmayan büstqalterlər baha olur.
Üzü üstə uzanmaq sıxıntı yaradır, bel və kürək ağrıları olur.
İri sinələr həmişə yaxşı görünmür. Bir çox qadınlar sinələrində sallanma kimi problemlərlə qarşılaşırlar.
Digər bir problem qaçmaq, idmanla məşğul olmaqdır. İri sinələr bunu çətinləşdirir.
İri sinəli qadınlar kişilərin daha çox baxışına məruz qalır, hətta təcavüz halları yaşayanlar da olur. Buna görə sinələrini gizlətmək yollarına baş vururlar.
Tarix: 17.04.2015 / 17:44 Müəllif: Aziza Baxılıb: 200 Bölmə: Qadın dünyası