Üstünlükləri:
Ehtirası və enerjisi çoxdur
Çünki həyatda bir çox şeyə qarşı istəkləri və ehtirasları vardır. Hələ ruhlarına bezginlik çökməmişdir. Seks də buna daxil! 'Üzüm - üzümə baxa - baxa qaralar' deyə boşuna deməmişlər. Zamanla onun enerjisi və ehtirası sizə də ilham verər və fərdi hədəflərinizə çatmanız mövzusunda sizə köməkçi olar.
Təcrübələrinizə dəyər verər
Həmişə deyilər, 'kişilər müvəffəqiyyətli qadınları sevməz' deyə. Diqqətli olun, bu vəziyyət gənc sevgiliniz üçün etibarlı deyil. Çünki onlar, sizin müvəffəqiyyətlərinizi və qabiliyyətlərinizi özünə təhdid olaraq görməz. Əksinə, təcrübələrinizə dəyər verər. Qulağa xoş gəlir deyilmi?
Fiziki cazibədarlığa inanın
'Əhəmiyyətli olan iç gözəllik' deməyin dərhal və özünüzə qarşı dürüst olun. Fiziki cazibədarlıq əlaqənin əhəmiyyətli bir parçasıdır. Bədən uyğunlaşmasına inanmayanlar yalan danışır! İndi etiraf edin, gənc kişilər hər vaxt daha yaxşı görünürlər.
Dezavantajlar:
Siz 'son liman' olmaya bilərsiniz
Qəbul edin, o daha yolun başında və uzun dövrlü bir əlaqəyə isti baxmaya bilər. Hələ siz ona aşiqsinizsə və o sizi yalnız 'seks' üçün istəyirsə, ürəyinizin qırılma ehtimalını da göz önünə alın.
Sabitlik gözləməyin
Gənc bir kişi, sizin istədiyiniz maddi qaynaqlara sahib olmaya bilər. Çox vaxt hesabları ödəməyə, hətta 'cib xərcliyini' verməyə hazır olun. Əgər aranızda düz bir əlaqə, sağlam bir ünsiyyət varsa, buna əhəmiyyət verməyə bilərsiniz. Ancaq bu vəziyyətin təkrarlamasına və sizi 'bank' olaraq görməsinə icazə verməyin.
'Kişi ovçusu' sifətinə hazır olun
Belə bir əlaqə yaşayırsınızsa, dedi-qodulara da hazır olun. Eşidildiyi anda ətrafınızdakıların əlaqənizə burnunu soxması, lazımlı gərəksiz şərhlər etməsi qaçınılmazdır. Ailənizin və yoldaşlarınızın sizi yadırğamasına icazə verməyin.
Əgər siz və sevgiliniz xoşbəxtsinizsə, sizi gənc kişi ovçusu olaraq xarakterizə edənləri əhəmiyyət verməyin. Ancaq həm əlaqənizə, həm də sevgilinizə dair şübhələriniz varsa, yaxınlarınızın təkliflərinə qulaq asın.
Tarix: 10.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Qadın dünyası