Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş bəlamız - seriallar

Araşdırmalara görə, gənclərin 20 %-i TV aludəçisi olmaqla bərabər, hər 3 gəncdən 2-si seriallardakı xarakterlərdən ən az birini model olaraq görür. Tədqiqatlar nəticəsində gənclərin zamanının çox hissəsinin televiziya qarşısında keçdiyi məlum oldu.


Ən çox nəyi izləyirsiniz?-sualına gənclər "Maqazin, yerli və xarici seriallar” cavabını verdilər.

Fiziki görünüş cəlb edir

Araşdırmada gənclərin seriallardakı xarakterləri bəyəndikləri və örnək aldıqları ortaya çıxdı. Bu da onu göstərir ki, həmin xarakterlərin fiziki görünüşü gəncləri cəlb etdiyindən onlara bənzəməyə çalışırlar.


Bilik səviyyəsi də göstəricidir


Bilik səviyyəsi yüksək olan tələbələrin 60%-i, orta olanların 69%-i, aşagı olanların 77%-i seriallardakı hər hansı bir xarakteri model olaraq görür.


"Mafiya başçısı” olma yarışında


Yayımlanan seriallarda şiddət ön planda olduğundan gənclər mafiya başçısı olma yarışına girirlər. Bir pedaqoq deyir: ”Bu an yayımda olan seriallarda həm güc, həm düşmənçilik duyğuları, dava, savaş önə çıxarılır. ,Şiddəti nümayiş etdirən kişi də qəhrəman olaraq göstərilir. Gənclər ailələrində olan əksiklikləri və şiddəti serialda izləyirlər. Seriallardakı mafiyaları görən gənclər məktəbdə mafiya qrupu qurmağa çalışırlar. Bu tərz hallarda gənclər yoldaşlarına zərər verə bilərlər.”

Ona görə də valideyn istər internet, istərsə də TV-də yayımlanan seriallar və verilişlərə şəxsən özü nəzarət etməlidir.


Ana-ata uşağa daha yaxın olmalıdır


Bir türk psixoloqu belə deyir; ”Əgər ata-ana kifayət qədər övladına zaman ayırsa, gənclər serialdakı çılpaq qızları və digər xarakterləri örnək almaz. Gec olmadan zaman ayırın.”

P.S.Vaxtımız bizə Allahın verdiyi bir nemətdir. Zaman bizi addım-addım ölümə yaxınlaşdırır. Allah(c.c) qiyamət günü verilən zamanı nəyə sərf etdiyimizin hesabını mütləq ki, soruşacaq.

Türk seriallarının əksəriyyətində dəbdəbəli geyimlər, zəngin təbəqənin yaşayışı, bahalı maşınlar, evlər reklam olunur. Bunlar nə dərəcədə düzgündür axı? Seial həm asılılıq, həm də psixoloji gərginlik yaradır, sizcə də elə deyilmi?

Yaxşı deyək ki, cəmiyyətdəki ağıllı və nəfsini cilovlaya bilən insanlar bunların bir dəyəri olmadığını anlayır, bəs ağılsızlar?,

Bu yaşayış tərzini öz həyatlarına yansıtmaq istəyənlər nə çox. Bu xəyallar onları məcbur edir ki, hər cür yola əl atıb, bu həyatı yaşasınlar. Bəzən özümü sınamaq üçun baxıram və görürəm ki, istər-istəməz çox cüzi də olsa ruhumda öz təsirini qoyur. Ona görə də son zamanlar baxdığım serialı ələk-vələk edib, baxıram.

Hal-hazırda atv-də yayımlanan "hüzur sokağı”-na və Samanyolunda yayımlanan demək olar əksər seriallara baxıram. Bu seriallarda dini dəyərlər önə çıxarıldığından və hələ ki, əxlaqa zidd olan hərəkətlər görmədiyimdən izləyirəm.

Allah bizi zamanımızı yetərincə dəyərləndirməyi, gözümüzün və qulağımızın haqqını haqqıyla verməyi nəsib etsin. Çünki məhşər ayağında bütün orqanlarımız dilə gəlib, danışacaqlar. İnanın bunlar vaxtımızı boşa xərcləməmiz üçün iblisin bizə qurduğu tələlərdir. Çünki həyatımızda daha vacib anlar var.

Əziz xanımlarımız siz necə?-Serialları izləyirsinizmi? Nəyə görə və serialda sizi cəlb edən nədir?
Rica edirəm səmimi yazın. Sizin fikirləriniz mənim üçün çox önəmlidir, öyrənəcəyim şeylər çoxdur.


Tarix: 12.01.2015 / 17:10 Müəllif: Aziza Baxılıb: 196 Bölmə: Qadın dünyası
loading...