Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevdiyim oğlanla necə barışım?

Barışmağın ən sadə həlli – üzr istəməkdir. Əgər mübahisə boş bir məsələ üstündə olubdursa və hər iki tərə fbarışmaq istəyirsə birinci addımı siz atın. Üzr istəyərək bu haqda nə düşündüyünüzü paylaşın.

Bunu onun üzünə deməkdən çəkinirsinizsə yeni texnologiyanın imkanlarından istifadə edərək mail və ya sms atın. Sohbəti münaqişə mövzusundan deyil, neytral mövzudan başlayın. Çox vaxt bu məqamda şeyrdən istifadə edirlər.
Lakin çətin vəziyyətlər də olur. Gəlin bir neçə məqamı nəzərdən keçirək.

"Oğlan telefonu açmırsa və sms-lərə cavab vermirsə onunla necə barışım?”

Əminliklə demək olar ki, qız münasibətlərə nəzarəti əldən verib. Yazdığı hər yeni sms bir daha sms yazmağa, vurduğu hər zəng cavabsız qaldığı üçün bir neçə dəfə zəng vurmağa məcbur edəcək. Bu halda oğlan daha çox qıcıqlanır və hər yeni zəng və sms onu ayrılmaq üçün doğru qərar verdiyində onu daha da əmin edir. Buna görədə əgər oğlan telefonu götürmür, sms cavab vermirsə ona təziq göstərməyin. Və məsələ sizin özünüzə hörmət qoymağınızda deyil kişilərin psixologiyasındadır.

" Biz iki ay öncə ayrılmışıq. Mən onunla yenidən barışmaq istəyirəm. Nə edim?»

Olur ki, uzun müddətdir ki küsüşmüsünüz və heç kim birinci addımı atmaq istəməyib. Uzun zaman keçib və hər ikiniz sakitləşmisiniz. Lakin burda bir məsələ var. Barışmaq istədiyiniz oğlan artıq bunu istəmir. Ola bilər ki onun artıq yeni sevgilisi var. Bu halda "təsadüf görüş” planlamaq olar. Mövcud olmayan bir bayramla onu təbrik edin. Mövcud olmayan, çünki mövcud olan bayramın təbrikinə quruca təşəkkür almaq olar. Amma mövcud olmayan təbrikə mütləq əks reaksiya gəlməlidir. Əgər qarşınızdakı insan sizdən gələn reaksiyaya sevinəcəksə söhbəti uzatmağa şad olacaqdır. Bu halda üzr istəmək yersizdir, çünki zaman çox şeyi unutdurur.

«Biz ayrılmışıq və bir müddət sonra mən xəbər tutdum ki, o başqası ilə görüşür. Mən barışmaq istəyirəm. Bunu necə edim?

"Məsələ çətindir. Rəqabət aparmaq heç də asan olmaya bilər. Bu halda onunla görüş axtarmağınız mənasızdır. O sizi itirdiyinə peşman olsa özü sizi axtaracaq. Buna görə də gözləməyiniz məsləhətdir.

Bundan başqa ayrılığınıza digər qız da səbəb ola bilər. Bu halda ümumiyyətlə onu unutmağınız məsləhətdir, çünki bu əsəb itkisindən başqa sizə heç nə verməyəcək.


Tarix: 10.01.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Qadın dünyası
loading...