Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Susmağı bacaran qadın müvəffəqiyyət qazanır

Bəzən susub gözlərin danışması kimi anlar vardır həyatımızda. Kişi üçün qadının bəzi vəziyyətərdə susub dinləməsi onlar üçün çox dəyərlidir.
Biz qadınların çox danışmasının bir başqa səbəbi də, uzun və dərin səssizliklərdən son dərəcə narahat olmamızdır. Bu cür səssizliklər ümumiyyətlə əlaqənin ilk başlarında iki tərəf bir-birini kifayət qədər yaxşı tanımadığı üçün və uzun zamandır davam edən əlaqələrdə iki tərəf bir -birini çox yaxşı tanıdığı üçün ortaya çıxar. Bizsə boşluqları bəzi boşboğazlıqlarla ya da mızıldanıb inadkarlıq edərək doldurmaq üçün insanlıq xarici bir enerji sərf edərik. Təki bu səssizlik pozulsun, təki danışmış olaq.
Halbuki kişilər,bölüşmək üçün hər zaman sözlərə gərək olmadığını çox yaxşı bilərlər. Onsuzda onlar gündəlik həyatlarında da o sözləri çox istifadə etdikləri üçün, səssizlikdən narahat olmaz, hətta zövq alarlar. Həqiqətən də iki adamın çimərlikdə oturub heç danışmadan dalğaların musiqisini dinləməsi ya da bir kafedə qarşılıqlı kitab oxuması böyük bir zövqdür. Bu cür səssizliklər, o iki adamın öz dünyalarına dalıb bir-birlərindən qopduqları mənasına gəlməz, çünki əslində bir-birlərinin yanında olduqlarını bilərlər, bunu bilər və bundan xoşbəxtlik hiss edərlər.
Səssizliyi bölüşmək, gözəl bir söhbət qədər zövqlüdür və əgər biz də bu zövqü kəşf etsək, birlikdə olduğumuz kişi ilə əlaqəmizə fərqli bir ölçü əlavə edə bilərik. Bu vaxt, həyatımızdakı o xüsusi insanla ünsiyyət qurarkən diqqətə almamız lazım olan bir başqa məqamı da ifadə etmədən keçməyək: dinləməyi bilmək. Qarşı tərəfin sözünü kəsmədən, onun düşüncələrini ifadə etməsini səbrlə gözləyərək, ağızından çıxanlara diqqət yetirərək dinləmək, həqiqətən dinləməkdir. Kişilərin gözündə heç bir qadın, onları dinləməyi bilən bir qadın qədər cazibədar ola bilməz. Buna vərdiş etmədikləri üçün, o qadını nadir tapılan qiymətli bir daş kimi görərlər.


Tarix: 10.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Qadın dünyası
loading...