ÖZÜNƏ INAMINIZI ÖLÇÜN!
Aşağıdakı sualları "bəli" ya da "xeyr" şəklində cavablandırın.
1. İş ya da universitet üçün etdiyiniz üç müraciətiniz rədd edilsə öz qabiliyyətinizdən şübhə edərsinizmi?
2. Böyük kütlələr başınızı qarışdırır ya da sizi qorxudurmu?
3. Hal-hazırda şkafınız köhnə paltarlarla doludur?
4. Özünüzə davamlı aynada baxarsınızmı?
5. Gedərkən ya dakimise gözləyərkən vucudunuzun duruşu dikdir?
6. Çox vaxt insanların sizin haqqınızda dedi-qodu etdiyini düşünürsünüz?
7. Təhlükəsizlik qüvvətlərindən biri sizə yaxınlaşdığında ürəyiniz daha sürətli atmağa başlarmı?
8. Restoran, avtobus ya da prospektdəki tanımadığınız insanlar arasında sizə kiminsə diqqətlə baxdığını ya da sizə qəhqəhə çəkdiyini hiss edirsinizmi?
9. Tanımadığınız bir ölkəyə bilet qazansanız ya da sizə belə bir bilet verilsə ,tək getməkdən qorxarsınızmı?
10. Sevdiyiniz adama eşqinizi elan edə biləcəyinizi düşünürsünüz?
11. Çox vaxt pis yuxular görürsünüz?
12. Bir problem olduqda çox vaxt onu öz özünüzə həll edərsinizmi?
13. Təcili vəziyyətlər- o "qara gün" üçün yığmış olduğunuz pulunuz varmı?
14. Valideynlərinizin sizi sevdiyini hiss edirsinizmi?
15. Hər gün yeni bir şey öyrənmənizin vacib olduğuna inanırsınızmı?
16. Aldığınız ucuz bir şeyi geri qaytarmaqdansa, zərərə dözərək istifadə etməyi seçərsiniz?
17. Səylərinizin çox vaxt müvəffəqiyyətsizliklə nəticələndiyini hiss edirsinizmi?
18. İnsanlar çox vaxt sizden öyüd istəyirmi?
CAVABLAR VƏ BAL VERMƏ
Özünüzə hər doğru cavab üçün 2 bal verin
1. xeyr 2. xeyr 3. xeyr 4. xeyr 5. bəli
6. xeyr 7. xeyr 8. xeyr 9. xeyr 10. bəli
11. xeyr 12. bəli 13. bəli 14. bəli 15. bəli
16. xeyr 17. xeyr 18. bəli
BALINIZ
35-44 : özünə güvən baximindan probleminiz yoxdur. İnsanlar liderlik və ilham üçün sizə güvənirlər. Ehtimal ki, yenə də, bəzi insanlar sizin özünü bəyənmiş və əzici olduğunuzu düşünür. sözün dogrusu, eqoizminiz çoxdur. Siz şəxsi olaraq sizi öldürməyən şeyin sizi gücləndirəcəyini düşünürsünüz. Ancaq məşhur mütəfəkkir Goethe´nin ifadələriylə "İstənilən hər şeyi etmək üçün insan özünü olduğundan daha yaxşı görməlidir"
20-36 : özünə inam baximindan güclü və zəif tərəfləri olan bir insanı işarə edir. Bu test yoluyla qorxularınızı təyin edə bilər, onların etibarlılığını qiymətləndirə bilər və istəsəniz onları düzəldə bilərsiniz. Xeyr cavablarınıza yenidən baxıb üzərində düşünün.
6-18 : Qorxaq və özünə güvənməyən, ətrafındakıların liderlik və rəhbərliyinə ehtiyac duyan biriniz. Həyatı gözəl yaşamaq üçün bir az dəstəyə ehtiyacınız olduğu şübhəsizdir. Bilməmək sizi bezdirməsin. Unutmatın ki, Öyrənmənin sehirli qapıları hər vaxt sonuna qədər açıqdır.
Tarix: 20.04.2015 / 11:29 Müəllif: Aziza Baxılıb: 756 Bölmə: Psixoloji Testler