1. İnsanlarla ünsiyyətdən zövq alırsınızmı?
a- Bəli, çox hallarda
b- Bəli, az hallarda
c- Xeyr, qətiyyən
2. Sakitliyi sevirsinizmi?
a- Bəli
b- Az hallarda
c- Xeyr
3. Prosesə diqqət edirsiniz yoxsa ancaq nəticəyə?
a- Əsasən prosesə
b- Bəzən prosesə
c- Nəticəyə
4. Fədakarlıq etməyi bacarırsınızmı?
a- Bəli
b- Hərdən
c- Xeyr
5. Böyük maddi məsuliyyət götürməyi sevirsinizmi?
a- Xeyr
b- Bəzən
c- Bəli
6. İnsanların səhvini tezliklə bağışlaya bilirsinizmi?
a- Bəli
b- Çalışıram
c- Xeyr
7. Elmi və müzakirə xarakterli toplantıları sevirsinizmi?
a- Bəli
b- Bəzən
c- Xeyr
8. Kitab oxumağa meyllisinizmi?
a- Bəli
b- Az hallarda
c- Xeyr
9. Özünüzü başqalarıyla tez-tez müqayisə edirsinizmi?
a- Xeyr
b- Bəzən
c- Bəli
10. İzah etmək prosesindən həzz alırsınızmı?
a- Bəli
b- Hərdən
c- Xeyr
Testin nəticəsinə görə sinifləndirmə:
1- Əgər sizdə "A” bəndlərinin sayı çoxdursa, deməli siz xoşməramlı, psixoloji vəziyyəti yerində olan, səbirli, əxlaqlı insansınız. Gələcəkdə siz gözəl həyat yoldaşı və düzgün valideyn ola bilərsiniz. Peşə olaraq əsasən pedaqoji fəaliyyət, psixologiya və sosiologiya həmçinin qeyri-kommersiya fəaliyyətli müəssisələrdə təşkilatçı və koordinator olaraq yüksək nailiyyət əldə edə bilərsiniz. Təbii ki, bu xüsusiyyətləri müsbətə doğru inkişaf etdirməlisiniz.
2- Əgər sizdə "B” bəndlərinin sayı çoxdursa, "A” və "C” kateqoriyasına yaxınlığı yoxlayın. Əgər "A” bəndlərinin sayına yaxındırsa ( məsələn, "B” cavablarınız 6 ədəd, "A” cavablarınız 3 ədəd, "C” cavablarınız 1 ədəddirsə) siz də "A” kateqoriyasının yuxarıda saydığımız xüsusiyyətlərinə( pedaqoji fəaliyyət, səbirli olmaq və s.) yaxınsınız. Sadəcə olaraq öz üzərinizdə çox işləməlisiniz ki, bu xüsusiyyətləri vərdiş halına çevirəsiniz. Yəni sizdə baza mövcuddur, amma tənbəllik onu üstələmişdir.
3- Əgər sizdə "C” bəndlərinin sayı çoxdursa, siz səbirsiz, maddi ölçülərə çox əhəmiyyət verən, çevrənizdəki insanların mütəmadi qəlbini qıran, başqalarının uğurlarına çox vaxt sevinməyən, həyatdan tez-tez şikayətçi olan, soyuq, küsəyən, özünü sevən və təkəbbürlü insansınız. Maddi uğurlarınızın çox olması labüddür. Mənəvi məsələlərə az əhəmiyyət verirsiniz.
Sizə tövsiyəmiz özünüzlə baş-başa qalıb zaman ayırmaq, yaradılış və yaşayış barədə düşünmək, mənəvi psixoloji mövzularda mütaliə etmək, videolar izləmək və əlaqədar fəaliyyətlərdir.
Tarix: 24.11.2014 / 12:04 Müəllif: Aziza Baxılıb: 177 Bölmə: Psixoloji Testler