Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əvvəlki sevgilini unutmusanmı? – TEST

Onun adını hər eşitdiyiniz zaman ürəyiniz daha sürətlə atırmı?
1. Ondan necə ayrılmışdınız?
a) Mübahisə edirdik lakin buna görə ayrılmamalı idik
b) Məni heç gözləmədiyim bir anda tərk elədi
c) Ortaq qərarımız idi. Çünki münasibətlərimiz davam edə bilmirdi.
d) Mən onu tərk elədim

2. Birlikdə çəkdirdiyiniz şəkilləri nə etmisiniz?
a) Atmamışam. O şəkillər olmasa, mən onu necə görə bilərəm?
b) Bu fotolar üçün albom hazırladım və onları şkafda gizlin bir yerdə saxlayıram
c) Çoxunu cırmışam, digərlərini də qarşıma çıxdıqca cırıram
d) Hamısı zibillikdədir

3. Ondan ayrıldıqdan nə qədər müddət sonra başqası ilə tanış oldunuz.
a) Hələki heç kimlə tanış olmamışam
b) Bir ildən sonra
c) 6 ay sonra
d) Bir neçə həftə sonra başqa bir insandan xoşum gəldi

4. Bu gün əvvəlki sevgilinizin doğum günüdür. Nə edərsiniz?
a) Zəng edib təbrik edərəm
b) Sevdiyi şokoladı hədiyyə göndərərəm
c) Bir an ağlımdan keçdi lakin zəng etmədim
d) Unutmuşdum yadıma düşəndə isə artıq çox gec idi

5. Onun yeni sevgilisini gördüyünüz zaman nə hiss edirsiniz?
a) Ürəyimdə çox pis bir ağrı hiss edirəm lakin bunu büruzə vermirəm
b) Yanlarından sakitcə keçib gedərəm lakin evə çatan zaman hönkür-hönkür ağlayaram.
c) Qızı başdan ayağa baxışlarımla süzərəm
d) Xoşbəxt olduğu üçün sevinərəm lakin qıza yazığım gələr

6. İnternetdə onu axtarıb araşdırırsınız?
a) Dəfələrlə axtarmışam
b) Bəli, onu hər zaman izləyirəm
c) Hərədən axtarıram
d) Xeyr, heç yadıma düşmür

7. Ailəsi və dostları ilə...
a) Tanıdığım dostları ilə hərdən danışır və ondan xəbər alıram
b) Xüsusi günlərdə ailəsi ilə danışıram
c) Ortaq dostları ilə hələ də danışıram
d) Niyə görüşməyim, bunun üçün hər hansı bir səbəb yoxdur

8. Onun sizə hədiyyə etdiyi əşyaları saxlayırsınızmı?
a) Onun mənə hədiyyə etdiyi T-shirti qucaqlamamış yata bilmirəm
b) Mənə bir dəfə ətək almışdı. Lakin harada olduğunu xatırlamıram
c) Münasibətlərimiz bitən zaman hamısını özünə qaytardım
d) Evdə toz almaq və yeri silmək üçün parça lazım idi. Bu əşyalar da belə günlər üçündür.

Nəticələr:
A və B variantı çoxluq təşkil edirsə:
Onun hələdə dəli kimi sevirsiniz. Əvvəlki sevgilinizi unutmaq üçün heç bir cəhd göstərmirsiniz. Hələdə sizə geri qayıdacağına ümid edirsiniz. Lakin vaxtınızı və gəncliyinizi boşa xərcləməyin, reallıqla barışmaq vaxtı çatıb.

C variantı çoxluq təşkil edirsə:
Onun üçün dəridən-qabıqdan çıxdığınızı demək olmaz. Onu hərdən xatırlayıb və köhnə mesajlarına baxıb qəmgin olursunuz. Lakin bu, onu hələdə sevirsiniz demək deyil. Sadəcə yeni bir münasibətə ehtiyacınız var.

D variantı çoxluq təşkil edirsə:
Siz onu çoxdan unutmuşunuz və yanınızda olan insanı çox sevirsiniz. Onun həyatı sizin üçün heç maraqlı deyil.


Tarix: 25.11.2012 / 16:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1217 Bölmə: Psixoloji Testler
loading...