Yoldaşınızın sizə həqiqətən aşiq olub-olmadığını və ya ilk günki həyəcanını itirib-itirmədiyini bilmək istəyirsinizə bu yazını oxumanızı tövsiyyə edirik. Əgər hələ də bu davranışları edirsə, sizi ilk günki kimi sevir.
Budur, sizə aşiq olduğuna dair işarələr...
Hələ əşyalarınızı daşıyırsa:
Çantanız ya da əlinizdəki paketlər ağırsa və daha siz söyləmədən əlinizdən alırsa, yükünüzü yüngülləşdirməyə çalışırsa, sizə hələ əhəmiyyət verir deməkdir.
Ev halınızla belə sizi bəyənirsə:
Ayağınızda ev üçün başmaqlar, üzərinizdə ayıcıqlı gecə geyimi ilə belə sizə xoş sözlər, təriflər deyirsə, nə qədər seksual göründüyünüzü söyləyirsə, gözləri hələ sizdən başqasını görmür deməkdir.
Ehtiyaclarınızı sizdən daha çox düşünürsə:
Sizin ehtiyaclarınızı sizdən çox düşünürsə, həyatınızı asanlaşdırmaq üçün əlindən gələni edirsə, eşqindən əmin ola bilərsiniz.
Sizi həqiqətən dinləyirsə:
Çətin anlarınızda, stressli bir gününüzdə sonacan sizi dinləyir və dərdlərinizə ortaq olub həll yolu tapırsa sizə hələ ilk günkü qədər dəyər verir deməkdir.
Xoşunuza gedəcək şeyləri siz demədən edirsə:
Kinoya getməyi sevdiyinizi bilir və axşam üçün iki kino biletiylə qarşınıza çıxırsa, səhər sizi gözəl bir naharla qarşılıyırsa bilin ki, sevgiliniz sizə dəli kimi aşiqdir! Gedəcəyiniz yerə sizi aparıb-gətirirsə və kütləvi nəqliyyat vasitələrinə minməyinizə könlü razı olmursa onun dəyərini bilməli, həm də duyğularından əmin olmalısınız.
Sizin üçün yemək hazırlıyırsa:
Kişilər bu tərz işləri aşiq olmadan heç vaxt etməzlər. Əgər siz istəmədən sizə nahar hazırlıyırsa artıq onun duyğularından qətiliklə əmin olmalısınız.
Tarix: 24.11.2014 / 12:05 Müəllif: Aziza Baxılıb: 292 Bölmə: Psixoloji Testler