Hər «hə» cavabına 1 xal, «yox» cavabına 0 xal yaz.
1. Evdə tək olmadığım vaxtlar telefon zəng çalanda mən heç vaxt dəstəyi götürmürəm. Bilirəm ki, bunu mənim yerimə kimsə edəcək. Tək olanda isə 3-4 zəngdən sonra telefona yaxınlaşaram.
2. İşə və ya görüşlərə həmişə gecikirəm. Çünki vaxta çox az qalmış yataqdan dururam.
3. Piyada getməmək üçün işə lap yaxın məsafədə avtobusdan düşürəm.
4. Ayaqla gəzmirəm, avtobusa minmirəm və idmanla məşğul olmuram.
5. Televizora çox baxıram və ya divanda uzanıb jurnal oxuyuram.
6. Gündə heç olmasa iki saat bir yerdə oturub, xəyala dalıram və ya heç nə fikirləşmədən ətrafa nəzər salıram.
7. İşdən sonra əlavə məşğuliyyət axtarmıram.
8. Əlimdəki zibili küçəyə, yerə atıram.
9. Evdə yır-yığış edəndə mebelin arxasını və ya yatağın altını süpürmürəm.
10. İş yoldaşlarımın boynuna daha çox yük düşsün deyə, az iş görürəm. Onsuzda aylıq maaşda heç bir dəyişiklik olmayacaq.
Nəticə.
8-10 xal---Arada tənbəlləşirsən.Səni aktivdə adlandırmaq olmaz.Çünki rəqiblərin elə də çox deyil.Amma ən yaxşısı bir az hərəkət lazımdır.Tənbəlliyin sənə həm karyerana,həm də ətrafdakılarla ünsiyyətə mane olur.
4-7 xal---Başqaları kimi sən də tənbəlliyə meyillisən.Amma bunu normal adlandırmaq olar.Çünki bu tənbəlliyin sənə mane olmur.
0-3 xal---Tənbəllik səndən çox uzaq anlayışdır.Sənin düşüncənə görə tənbəllik insana ziyandan başqa heç nə gətirmir.Aktiv insansan.Amma dinləməyə bir az vaxt ayırmalısan.Bu sənin üçün xeyirli ola bilər.
Tarix: 08.08.2012 / 03:26 Müəllif: [Ram] Baxılıb: 1852 Bölmə: Psixoloji Testler