Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələksiniz ya Şeytan?

1.Çox sevdiyiniz və birlikdə işlədiyiniz bir dostunuz vəzifəsində qaldırıldı. Nə fikirləşərsiniz?

a. Onun adından çox sevinərəm... O buna layiqdir. (3)
b. Sevinərəm lakin qısqanclıq hissələrimdə olar. Görəsən bəs mənim növbəm nə vaxt gələcək (2)
c. Niyə mən yox o?! Yüz faiz bir iş var burda. (1)

2.Ən yaxın dostun sənin sevdiyin biri ilə görüşməyə başlayır və sən?

a. Mənim səhvimdir, daha tez hərəkət etməliydim. Xoşbəxt olsunlar mən isə sevgimi içimdə sağlayım. (3)
b. Onları izləyərəm, aralarında anlaşmazlıq olan kimi özümü irəli ataram. (2)
c. O dəqiqə hər hansı bir işə əl ataram, onları bir birinin gözündən salaram (1)

3.Uzun bir sıra gözləyəndə, qarşıya keçmək üçün fənd işlətdinizmi?

a. Xeyir, həyatda bunu etmərəm. Hərənin öz vaxtı var.. (3)
b. İşim tələsik deyilsə, eləmərəm (2)
c. Bəli etmişəm, mənim işlərim var, digərləri kimi avara deyiləm ki, növbə gözləyəm (1)


4.Bir qonaqlıqdasınız, və dostunuzla sevgilinizdə ordadır. Hiss edirsinizki dostunuz özünü oğlana xoş göstərir:

a. Əgər sevgilimin ondan xoşu gəlsə mən nə edə bilərəm ki. (3)
b. Gedib sevgiliniz yanında oturar, onun diqqətini cəlb etməyə çalışarsınız (2)
c. Dostumun bügun pis göründüyünü dəyərəm. (1)

5.Dostlarınız ümumiyyətlə sizi…

a. Yaxşı və pis günlərində axtararlar. Onlar üçün həmişə yaxşı dost olmuşam (3)
b. Davaya və ya əyləncəyə çağırarlar. (2)
c. İşləri düşəndə axtarırlar, mən də ancaq bezəndə (1)

6.Bir xeyriyyə mərkəzi sizə müraciət edir

a. Pul verərəm, mən sonra da öz ehtiyaclarım üçün pul taparam. (3)
b. Biraz köməklik edərəm. Hamı biraz biraz versə çox məbləğ edir (2)
c. O qədər adam var kı imkanları mən niyə edim deyib çıxıb gedərəm (1)


7.Yaxın bir dostunuz maddi sıxıntı çəkdiyini sizə dedi,və siz:

a. Olan pulumu ona verərəm, dost bəs nə gün üçündür. (3)
b. Həqiqətən ehtiyacı olub olmadığını yoxlayandan sonra biraz pul verərəm. (2)
c. Mənim də problemim var, deyərəm və pul vermərəm. Pul məsələsində heç kəsə etibaeləmirəm. (1)

Hesablayın...



Nəticələr....


15-21 Siz bir mələksiz.
Hər kəsi və hər şeyi ən yaxşı tərəfi ilə dəyərləndirisiniz. İnsanların ən çətin vəziyyətlərində belə güvənəcəkləri nadir insanlardansınız. Lakin çalışın bu yaxşı məqsədinizi pis yöndə istifadə eləməsinlər.

8-14 Siz yarı mələk yarı şeytansız.
İnsanlara bəzən yardım etsənizdə, bundan bezir, və pislik etmək istəyirsiniz. Lakin içinizdəki bu pis niyyətləri aradan qaldırmağa səy göstərin.

0-7 siz şeytansız!
Qəddarcasına hərəkətlərinizlə insanları özünüzdən uzaqlaşdırırsınız. Çalışın dəyişin yoxsa bu gedişlə yanınızda heç kəs qalmayacaq.


Tarix: 08.08.2012 / 03:22 Müəllif: [Ram] Baxılıb: 2662 Bölmə: Psixoloji Testler
loading...